Aktauda Rusiyanın Baş Konsulluğu açılacaq

Aktauda Rusiyanın Baş Konsulluğu açılacaq
  09 Noyabr 2023    Oxunub:880
Yaxın vaxtlarda Qazaxıstanın Aktau şəhərində Rusiyanın Baş Konsulluğu açılacaq.
AzVision.az xəbər verir ki, bunu Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Rusiya lideri Vladimir Putinlə görüşündə deyib. O, bunun bütün cəhətlərdən böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Tokayev 2023-cü ildə Yekaterinburqda Qazaxıstanın Baş Konsulluğunun açıldığını xatırladıb. Bundan əlavə, o qeyd edib ki, Qazaxıstanın baş konsulluqları Sankt-Peterburq, Kazan, Həştərxan və Omskda uğurla fəaliyyət göstərir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Astanada rəsmi səfərdədir.

AzVision.az


Teqlər:





Xəbər lenti