Samuxda həmkəndlisini öldürən şəxs saxlanılıb

Samuxda həmkəndlisini öldürən şəxs saxlanılıb
  09 Noyabr 2023    Oxunub:1294
Samuxda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Samux rayon Prokurorluğundan AzVision.az -a verilən məlumata görə, noyabrın 9-u saat 17 radələrində rayonun Burunqovaq kənd sakini, 1986-cı il təvəllüdlü Muraz Abbasovun öldürülməsi barədə prokurorluğa məlumat daxil olub.

Araşdırma zamanı 2001-ci il təvəllüdlü Eltac Çələbiyevin rayonun Burunqovaq kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Muraz Abbasova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Samux rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. E.Çələbiyev iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti