Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb

   Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb
  10 Noyabr 2023    Oxunub:936
Neft Daşlarında dalğanın hündürlüyü 4 metrə çatıb.
Bu barədə AzVision.az -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 10-u saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində güclü küləkli hava şəraiti müşahidə olunur. Hazırda Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 30 m/s-yə çatır. Neft Daşları stansiyasının məlumatına əsasən dənizdə dalğanın hündürlüyü 4 metrdir.

Bölgələrdə də küləkli hava şəraiti müşahidə olunur. Naftalanda 26 m/s, Goranboyda 23 m/s, Gəncə, Şahdağda 20 m/s, Altıağac, Bərdə, Qobustanda 18 m/s, Tərtər, Şabran, Qubada 16 m/s-dək külək əsir.

Ölkə ərazisində müşahidə olunan güclü küləkli hava şəraiti bu gün axşam saatlarından tədricən zəifləyəcək.

AzVision.az



Teqlər:





Xəbər lenti