Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib

   Şuşa İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib
  10 Noyabr 2023    Oxunub:1266
Qarabağın incisi olan Şuşa şəhəri İslam Əməkdaşlığı Təşkilatının 2024-cü il üzrə Gənclər Paytaxtı seçilib.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Gənclər Forumunun həyata keçirdiyi “Gənclər Paytaxtı 2024” beynəlxalq proqramının seçim komissiyası tərəfindən 2024-cü il üzrə namizədliyi irəli sürülən Şuşa şəhərinin “İƏT Gənclər Paytaxtı” seçilməsi ilə bağlı yekdilliklə qərar qəbul edilib.

İƏT Gənclər Forumunun İcraiyyə Şurasının 11-ci iclasında gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və Gənclərlə iş şöbəsinin müdir müavini Ülviyyə Axundova iştirak edib.

AzVision.az


Teqlər:





Xəbər lenti