Kəndlərdə yaşayan qızlar üçün Masallıda yerləşən müəssisələrə infotur təşkil edilib

Kəndlərdə yaşayan qızlar üçün Masallıda yerləşən müəssisələrə infotur təşkil edilib
  10 Noyabr 2023    Oxunub:1119
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Masallıda Qadınların Sosial İnkişafına Dəstək” İctimai Birliyinin icra etdiyi “Kəndlərdə yaşayan qızların təhsilə və peşə seçiminə təşviqi” layihəsi çərçivəsində infotur təşkil edilib.
Agentlikdən AzVision.az -a bildirilib ki, infotur Masallı rayonunun Qızılağac, Köhnə Alvadı, Qəriblər, Yeyənkənd və Şərəfə kəndlərindən olan ümumilikdə 20 nəfər məktəbli qız üçün təşkil edilib.

İnfotur çərçivəsində gənc qızlar Masallı rayon Heydər Əliyev Mərkəzində yerləşən Masallı Qadın Resurs Mərkəzini, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran-Astara Regional nümayəndəliyinin Masallı bölməsini, Heydər Əliyev Mərkəzində rəssamlıq sahəsi üzrə fəaliyyət göstərən mərkəzini, Masallı Sənaye Məhəlləsini, Masallı Təhsil Fondunu və Masallı ASAN həyat kompleksində yerləşən İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzini ziyarət ediblər.

Xatırladaq ki, layihənin birinci mərhələsində Masallı rayonunun adı çəkilən 5 kəndinin hər birində ümumilikdə 128 nəfər qızı əhatə edən peşə və təhsilə marağın artırılması üzrə təlimlər təşkil edilib. Təlimlərdən sonra isə seçilən fəal 20 qız layihənin infotur hissəsinə cəlb edilib.

Qeyd edək ki, layihənin məqsədi Masallı rayonunun kəndlərinə yaşayan qızların təhsilə və peşələrə marağının artırılması və onlara rayonun sosial – iqtisadi potensialını tanıtmaqdır.



AzVision.az



Teqlər:





Xəbər lenti