FHN əməkdaşları köməksiz vəziyyətdə qalan uşağı xilas edib

FHN əməkdaşları köməksiz vəziyyətdə qalan uşağı xilas edib
  10 Noyabr 2023    Oxunub:1222
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər uşağın barmağında dəmir halqanın sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
FHN-dən AzVision.az -a verilən xəbərə görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində halqanın müvafiq qaydada çıxarılması təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti