Gəncədə Qurtuluş Günü - FOTOLAR

Gəncədə Qurtuluş Günü - FOTOLAR
  16 İyun 2014    Oxunub:1213
Gəncədə 15 iyun Milli Qurtuluş Günü təntənə ilə qeyd edilib.
Heydər Əliyev Mərkəzində 15 iyun Milli Qurtuluş Günü münasibətilə konfrans keçirilib. Konfrans iştirakçıları əvvəlcə ulu öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Milli Qurtuluş Günü münasibətilə konfrans iştirakçılarını təbrik edərək deyib ki, Azərbaycan tarixinin 30 ildən artıq bir dövrü dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Ulu öndərin xidmətləri sayəsində xalqımız əvvəlcə siyasi və iqtisadi müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə müstəqil dövlətini qurmaq, qorumaq və yaşatmaq üçün tarixin verdiyi imkanı reallaşdıra bilmişdir. Bugünkü qüdrətli Azərbaycan ulu öndərin xalqa məhəbbətinin, Vətən yolunda fədakarlığının parlaq nişanəsidir. Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür məhrumiyyətlərə dözmək timsalına çevrilib.

Konfransda çıxış edən AMEA Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev və başqaları ulu öndər Heydər Əliyevin təməlini qoyduğu nəhəng quruculuq işlərini onun layiqli davamçısı, yeni təfəkkürlü siyasətçi Prezident İlham Əliyev tərəfindən böyük qətiyyət və uğurla həyata keçirildiyini bildiriblər.

Sonda Heydər Əliyev adına Park-Kompleksin amfiteatrında böyük bayram konserti olub.












Teqlər:  





Xəbər lenti