Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb

   Gədəbəydə üç nəfər avtomobil qəzasında xəsarət alıb
  10 Noyabr 2023    Oxunub:1715
Gədəbəy şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
AzVision.az -ın məlumatına görə, avtomobil qəzası nəticəsində Gədəbəy rayon sakinləri, 2007-ci il təvəllüdlü A.Həsənov, 2008-ci il təvəllüdlü E.Qarayev və 2002-ci il təvəllüdlü Q.Qədirov xəsarət alıb.

Onlardan A.Həsənovun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanaların birinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.
AzVision.az




Teqlər:





Xəbər lenti