Yerə doğru “Şeytan kometası” gəlir - FOTOLAR

Yerə doğru “Şeytan kometası” gəlir    - FOTOLAR
  11 Noyabr 2023    Oxunub:1813
Diametri 30 kilometr olan “12P/Pons-Brooks” kometası Yerə yaxınlaşarkən qısa müddətdə ikinci dəfə partlayıb.
İlk partlayış 2023-cü il iyulun 20-də baş verib, bu zaman kometa birdən-birə əvvəlkindən 100 dəfə daha parlaq alovlanıb və kənarlardan iki “buynuz” buraxıb. Bu hadisəni yaxından müşahidə edən bəzi astronomların fikrincə, bu buynuzlar kometanı şeytana bənzədib. Digərləri isə kometanın “Ulduz döyüşçüləri” filmində “Minilliyin şahini” (“Millenium Falcon”) kosmik gəmisinə bənzədiyini iddia edib.

“12P/Pons-Brooks” kometasında nələrin baş verdiyi tam aydın deyil. Ən ağlabatan fərziyyəyə görə, kometada kriovulkanlar - buz vulkanları var və çox güman ki, “səma səyyahı” buzludur, ən azından qismən.

Hələ SSRİ Elmlər Akademiyasında qəbul edilmiş rəsmi versiyaya görə, eyni dərəcədə buzlu, lakin daha kiçik ölçülü bir cisim 30 iyun 1908-ci ildə Sibir tayqası üzərində partlayıb (Tunqusska hadisəsi). Hava partlayışı iki min kvadrat kilometrdən çox ərazidə on milyonlarla ağacı məhv edib.

Bu halda 30 kilometr diametrli “12P/Pons-Brooks” kometasının daha çox problem yarada biləcəyi ehtimal edilir ki, bunu təsəvvür etmək belə qorxuncdur. Lakin astronomların fikrincə, göy cismi Yer istiqamətində uçsa da, 144 milyon kilometr məsafədə Yerin yanından keçəcək. Bu da 2024-cü ilin iyununda baş verəcək. Təbii ki, “buynuzlu şeytan” və ya “Minilliyin şahini” bu müddətdə düz bizə tərəf yönünü dəyişməsə. Hazırkı “cazibə qüvvəsi” kometanı saatda 100 mindən 250 min kilometrə qədər sürətləndirib.

Təəssüf ki, təkcə sürətini deyil, həmçinin trayektoriyasını da gözlənilmədən dəyişən kometalar olub.

“12P/Pons-Brooks” 2024-cü ilin aprelində Günəşə ən yaxın məsafədə olacaq. O böyük ulduz kimi parlayacaq və müşahidəçilər kometanı adi gözlə görə biləcəklər.

“12P/Pons-Brooks” orbiti elliptikdir. Əgər “Buynuzlu şeytan” təhlükəsiz halda uçarsa, növbəti dəfə 2095-ci ildə yenidən qorxutmağa başlayacaq.
AzVision.az

Qalereya




Teqlər: Kometa  





Xəbər lenti