Azərbaycanda zabit güllələndi

Yaralı hospitala aparılıb. Hələlik hadisə ilə bağlı rəsmi qurumlardan açıqlama verilməyib. (Ans)
***
Gicgahından güllə yarası alan zabitin vəziyyəti kritikdir. ANS PRESS-in əldə etdiyi məlumata görə, yaralı zabit Dövlət Sərhəd Xidmətinin leytenantıdır. Hazırda yaralı zabit Nicat Rüstəmov Neyrocərrahiyyə İnstitutunun reanimasiya şöbəsinə yerləşdirilib.
Xəstəxanadan ANS PRESS-ə verilən məlumata görə, xəstəxanaya gətirilən zaman qəlpə zabitin başından çıxıbmış. Hazırda xəstə reanimasiya şöbəsində süni nəfəs aparatına qoşulub.
Həkimlər zabiti həyatda saxlamaq üçün əllərindən gələni edirlər.