Prezident Mir Şahin Ağayevi təltif etdi

   Prezident Mir Şahin Ağayevi təltif etdi
  11 Noyabr 2023    Oxunub:2413
Mir Şahin Mirdilavər oğlu Ağayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
AzVision.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.

O, Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif olunub.

Qeyd edək ki, M.Ağayev 1963-cü ildə Yardımlı rayonunda anadan olub. Sabah onun 60 illik yubileyidir.
AzVision.az



Teqlər: Prezident   Təltif  





Xəbər lenti