Ceyhun Bayramov: İsrail – Fələstin münaqişəsi iki dövlət prinsipi əsasında həll edilməlidir

      Ceyhun Bayramov:    İsrail – Fələstin münaqişəsi iki dövlət prinsipi əsasında həll edilməlidir
  11 Noyabr 2023    Oxunub:1864
İsrail – Fələstin münaqişəsinin beynəlxalq hüquq normaları və Birləşmiş Millətlər Təşkilatının (BMT) müvafiq qətnamələrinə uyğun olaraq, iki dövlət prinsipi əsasında həllini dəstəkləyirik.
AzVision.az xəbər verir ki, bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına işgüzar səfəri çərçivəsində Birgə Ərəb İslam Fövqəladə Sammitində çıxış edərkən söyləyib.

O həmçinin Azərbaycanın vəziyyətin təcili deeskalasiyası, habelə hərbi əməliyyatların təxirəsalınmaz şəkildə dayandırılması istiqamətində çağırışlara qoşulduğu, həmçinin bütün Yaxın Şərq bölgəsi üçün həssas olan mövcud vəziyyəti daha da ağırlaşdıra biləcək davranışlardan çəkinilməsinin vacibliyini vurğulayıb. Bu istiqamətdə beynəlxalq ictimaiyyətin bütün səylərinin səfərbər edilməsinin əhəmiyyət daşıdığı diqqətə çatdırılıb.

AzVision.az



Teqlər: Bayramov   İsrail-Fələstin  





Xəbər lenti