Yevlaxda 32 yaşlı kişi güllələndi

   Yevlaxda 32 yaşlı kişi güllələndi
  12 Noyabr 2023    Oxunub:1838
Noyabrın 12-də saat 16 radələrində Yevlax rayonunda 1991-ci il təvəllüdlü Nəsibov Əhməd Əhəd oğluna odlu silahla xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in mətbuat xidmətinin regional qrupundan “ AzVision.az -a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən Yevlax rayon sakini 1989-cu il təvəllüdlü Əliyev Saleh Azər oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Cinayət aləti olan odlu silah ondan götürülüb.

İlkin məlumata görə, hadisə şəxsi münasibətlər zəmnində baş verib.

Araşdırma aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti