Ceyhun Bayramov Mərakeşə getdi

   Ceyhun Bayramov Mərakeşə getdi
  12 Noyabr 2023    Oxunub:1123
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Mərakeş Krallığına rəsmi səfərə yola düşüb.
AzVision.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiyanın iclasının, Mərakeş xarici işlər naziri ilə ikitərəfli və geniştərkibli görüşlərin, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş direktoru və digər yüksək səviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti