Binəqədidə yanğın oldu

   Binəqədidə yanğın oldu
  12 Noyabr 2023    Oxunub:1436
Bakı şəhərinin Binəqədi rayonunda hasara alınmış ərazidə taxta və məişət tullantıları 30 kvadratmetr sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az -a verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda ümumi sahəsi 100 kvadratmetr olan avtomobil təmiri sexinin lambirdən ibarət tavanı 50 kvadratmetr sahədə əriyib və sahəsi 600 kvadratmetr olan talvarın şiferdən ibarət dam örtüyü 20 kvadratmetr sahədə dağılıb.

Sexin və talvarın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti