Sabiq Baş nazir Rəhim Hüseynov vəfat edib

   Sabiq Baş nazir Rəhim Hüseynov vəfat edib
  12 Noyabr 2023    Oxunub:2443
Azərbaycanın keçmiş Baş naziri Rəhim Hüseynov vəfat edib.
AzVision.az Report- a istinadən xəbər verir ki, onun cənazəsi "Qurd qapısı" qəbiristanlığında, həyat yoldaşının məzarının yanında torpağa tapşırılıb.

R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

Qeyd edək ki, o, 1936-cı il aprelin 5-də Bakı şəhərində ziyalı bir ailədə doğulub boya-başa çatıb. 1943-cü ildə Lənkəran şəhərində birinci sinfə daxil olan R. Hüseynov 1953-cü ildə Bakı şəhərində orta məktəbi müvəffəqiyyətlə bitirib. O, təhsilini davam etdirmək üçün Moskvaya gedib. 1953-cü ildə Moskva Polad İnstitutuna daxil olub.

1989-1992-ci illərdə R. Hüseynov Azərbaycan Dövlət Plan Komitəsinin sədri və Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini olub. R. Hüseynov 1992-ci ilin mayından 1993-cü ilin yanvar ayına kimi Azərbaycanın Baş naziri vəzifəsində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti