Yasda şiə-vəhabi davası - Azərbaycanda

Yasda şiə-vəhabi davası - Azərbaycanda
  16 İyun 2014    Oxunub:1880
Saatlı rayonunda şiə-sələfi qarşıdurması olub.
AzVision.az islaminsesi.az saytına istinadən verir ki, sələfilər
yas mərasimində zorakılığa əl atıblar.

Belə ki, hüzr məclisində ruhani Hacı Tahir Nuriyev moizə edərkən, məclicdə olan vəhabilər onun sözünü kəsərək Hacını təhqir ediblər.

Bununla sakitləşməyən sələfilər Haci Tahir Nuriyevi döyüblər.

Münaqişə edən tərəflər sonradan polis şöbəsinə aparılıb. Bir neçə saatdan sonra Hacı Tahir və onu döyən adamlar sərbəst buraxlıb. Rayonun 800-ə qədər dindarının Haci Tahirin müdafiəsinə qalxdığı deyilir.

Dindarlar bu məsələ ilə bağlı cinayətkarların cəzalandırılmasını tələb ediblər.


Teqlər:  





Xəbər lenti