Vətəndaşlar silah-sursatı polisə təhvil verib

Vətəndaşlar silah-sursatı polisə təhvil verib
  13 Noyabr 2023    Oxunub:1062
Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.
Daxili İşlər Nazirliyindən AzVision.az -a bildirilib ki, noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.

Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

AzVision.az


Teqlər:





Xəbər lenti