Gəncədə dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb

 Gəncədə dəm qazından zəhərlənənlərin vəziyyəti açıqlanıb
  13 Noyabr 2023    Oxunub:1205
12.11.2023-cü il tarixində saat 23:02 radələrindən başlayaraq Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxanaya dəm qazından zəhərlənmə səbəbilə 5 nəfər yerləşdirilib.
Bu barədə AzVision.az -a TƏBİB-dən məlumat verilib.

Qeyd edilib ki, onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş hesab olunan şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

Xatırladaq ki, Gəncə şəhərində bir ailənin 5 üzvü dəm qazından zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti