Mir Şahin Prezidentə təşəkkür etdi

   Mir Şahin Prezidentə təşəkkür etdi
  13 Noyabr 2023    Oxunub:1484
Tanınmış jurnalist, Real Təhlil İnformasiya Mərkəzinin Direktoru Mir Şahin Ağayev 60 illiyi münasibətilə 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görüldüyü üçün Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
Jurnalistin dövlət başçısına təşəkkür məktubunda deyilir:

AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ, MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN CƏNAB İLHAM ƏLİYEVƏ

Hörmətli cənab Prezident!
Fəaliyyətimə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımı bildirir, məni layiq gördüyünüz 1-ci Dərəcəli “Vətənə xidmətə görə” ordenini həm də dövlətimizin bütün Azərbaycan jurnalistikasını yeni reallıqlar dövründə daha vüsətli çalışmağa, Böyük Qayıdış və Nəhəng Fədakarlıqlar üçün səfərbər olmağa, bu məqsədlə müəyyən eydiyiniz olduqca iti sürətlə ayaqlaşmağa çağırış tək qəbul edirəm.
Hörmətli cənab Prezident!
44 günlük Vətən Müharibəsində biz Sizi bir Müzəffər Ali Baş komandan kimi həm döyüş meydanında gedən proseslərin önündə, həm arxa cəbhədə idarə etdiyiniz fədakar işlərin başında, eləcə də xalqımıza, dünya azərbaycanlılarına etdiyiniz ardıcıl müraciətlər zamanı, bir sözlə, hər yerdə və hər vaxt bütün qətiyyətiniz, bütün səmimiyyətinizlə, bütün əzəmətinizlə gördük. Biz Sizi həm də dünyanın Azərbaycana, ədalətli haqq işimizə, ümumiyyətlə, müsəlman dünyasına qarşı daha çox qərəzi ilə seçilən aparıcı media vasitələrinin suallarına cavab verərkən necə güzəştsiz, prinsipial, ədalətli, bir sözlə, Mükəmməl olduğunuza şahidlik etdik. Və bu gün fəaliyyətimə yüksək qiymət verən Liderimin məhz bu master-klaslar da daxil olmaqla, bütün örnək keyfiyyətlərini, parlaq şəxsi nümunəsini mütləq qeyd etməliyəm.
Hörmətli Cənab Prezident!
Təvazökar işimə verdiyiniz Ali Qiyməti mən bundan sonrakı fəaliyyətim üçün də möhkəm zəmin və misilsiz stimul kimi qəbul edir, təşəkkür məktubumu Müzəffər Ali Baş Komandanımıza raportla bitirirəm:
- Azərbaycan Respublikasına xidmət edirəm.
Sağ olun!

Mir Şahin Ağayev
Real Təhlil İnformasiya Mərkəzinin Direktoru


Teqlər:





Xəbər lenti