Leyla Yunusun növbəti rəzaləti...

Leyla Yunusun növbəti rəzaləti...
  16 İyun 2014    Oxunub:834
Özünü hüquq müdafiəçisi adlandıran bu qadın iyrənc əməllərindən yenə əl çəkmir. O, hər səfərində Azərbaycan əleyhinə çıxışlar edir, əlindən gələn özü kimi murdar oyunları, murdar əməlləri ölkəmizə qarşı yönəltməyə çalışır.

Təbii ki, söhbət Sülh və Demokratiya İnstitutunun direktoru, `hüquq müdafiəçisi` Leyla Yunusdan gedir. Hiyləgər Leyla Yunus bu gün əsl simasını bir daha sübut etdi. O, Bakıda “Four Season” hotelində keçirilən NATO Parlament Assambleyasının “Cənubi Qafqaz:çağırışlar vəimkanlar" adlı 86-cı “Rose-Routh” seminarında L.Yunus simasında hansı iyrəncliklərin yatdığını açıq-aşkar nümayiş etdirdi.

Sessiyada fasilə zamanı fürsətdən istifadə edərək qollarını çirmələyən L.Yunus özü üçün siyasi məhbus sərgisi açmağa çalışır. Guya siyasi məhbus adı ilə həbs ediliblərmiş kimi bir neçə məhkumun çəkillərindən ibarət plakatı əlinə alıb başlayır otelin foyesində vay-şüvənlik salmağa.

Avropalı qonaqların, erməni himayəçilərinin gözünə girmək üçün dəridən qabıqdan çıxan L.Yunus səsini başına ataraq “Azərbaycanda 130-dan çox siyasi məhbus var, onların da 40 nəfəri vicdan məhbusdur”-deyə car çəkməyə başlayır.

L.Yunus səsi özünə xoşgələn həyasız qadın obrazını nə qədər inandırıcı şəkildə oynasa da heç kim onu ciddiyə almırdı. O, hey bağırsa da ki, “siyasi məhbuslar elə, siyasi məhbuslar belə” heç kim: nə avropalılar, nə də erməni dostarı ona maraq göstərmirdilər.

L.Yunus əlindən gələni edir ki, tədbir təxirə salınsın, hansısa xoşagəlməz hadisə baş versin... Amma L.Yunusun əvvəlki oyunları kimi bu da alınmadı, özünü ifşa etdi.

Göründüyü kimi avropalılar da L.Yunusun kim olduğunu, hansı əxlaqa, hansı murdar əməllərə sahib olduğundan xəbərləri varmış kimi davrandılar. Onlar “şərini məndən uzaq elə” prinsipi ilə L.Yunusdan bacardıqları qədər uzaq olmağa çalışırdılar. L.Yunus isə onun-bunun üstünə qaçır, dediklərini zorla qəbul etdirməyə səy göstərirdi. Guya kiminsə buna borcu var imiş kimi...

L.Yunusun əsl missiyası sərgi açıb hansısa məhbusun hüquqlarını müdafiə etmək deyildi, ölkəmiz əlehyinə düşmənçilik mövqeyi sərgiləmək, Azərbaycanın günü-gündən yüksələn imicinə ləkə salmaq onun başlıca məqsdi idi. Ermənilər onun yanında şükürlü idilər..

Hələ bu azmış kimi L.Yunus utanıb çəkinmədən ABŞ-nin Bakıdakı sabiq səfiri Mətyu Brayzanın üstünə qışqıraraq `Mövcud vəziyyətdən utanmalısınız` deyərək onu təhqir edir, ağzına gələn ifadələri işlədirdi.

O, həmin tədbirdə iştirak edən ermənilərdən heç nə ilə fərqlənmirdi. Ermənilər kimi düşməncəsinə tədbiri pozmağa çalışır, qan-qaraçılıq yaratmağa, dava salmağa cəhd edirdi. Amma alınmırdı ki, alınmırdı..

Əksinə Leyla Yunus və onun kimilərinin rəzilliyi ifşa olurdu.

L.Yunus `tuvalet şousu`ndan sonra utanmadan, çəkinmədən bu həyasızlığı da etdi. Bəli, düz eşitdiniz utanmadan.. Axı onda utanan sifət olsaydı.. Bəli, olsaydı o, Leyla Yunus olmazdı, onda Azərbaycan qadınına xas olan gözəl əxlaq, özünəhörmət olsaydı belə həyasızlıqlar etməzdi, utanardı, xəcalət çəkərdi.

Bir sözlə o, L.Yunus olduğunu bu gündə göstərdi. Əks təqdirdə o tanıdığımız Leyla Yunus olmazdı.

Rüstəm İsmayılov


Teqlər:  





Xəbər lenti