Aşıq Namiq davadan danışdı: "Guya, demişəm ki, qoca filankəslər, sizin burada nə işiniz var?"

    Aşıq Namiq davadan danışdı:   "Guya, demişəm ki, qoca filankəslər, sizin burada nə işiniz var?"
  13 Noyabr 2023    Oxunub:2062
Xəbər verdiyimiz kimi, mətbuatda aşıq Namiq Fərhadoğlunun döyülməsi ilə bağlı məlumatlar yayılıb. Bildirilir ki, Aşıq Namiq parkda gəzən qadına söz atıb. Nəticədə qadının oğlu onu döyüb. Daha sonra hər iki şəxs bir-birindən Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə şikayət edib.
AzVision.az məsələyə aydınlıq gətirmək üçün Aşıq Namiqlə əlaqə saxlayıb və hadisəni onun dilindən qələmə alıb.
Aşıq Namiq qadına söz atdı, döyüldü


Aşıq Namiq bildirib ki, hadisə Dədə Qorqud parkında idmanla məşğul olarkən baş verib.

“Səhər saat 9-da parkda gəzərkən iki qadın -birinin 60, digərinin isə 70 yaşı olardı- qarşıma çıxdı. Qadınlardan biri əli ilə məni göstərib “bu, Aşıq Namiq deyil?” deyə yanındakına sual etdi. Mən də heç bir reaksiya vermədim, yanlarından ötüb keçdim. Bundan sonra parkda bir oğlan mənə yaxınlaşıb dedi ki, həmin qadınlardan birinin oğludur və mən guya, onlara ”qoca filankəslər, sizin burada nə işiniz var, gedin oturun evinizdə” demişəm.

Mən çaşıb yerimdə qalmışdım. Nə baş verdiyini anlamırdım. Qadının oğluna bildirdim ki, onun anası haqqında heç bir söz deməmişəm. Yaşlı qadına necə söz ata bilərəm ki?! Əlavə etdim ki, təhlükəsizlik kameraları var, lazım olsa, onlara baxarıq.

Oğlan cibindən polis vəsiqəsi çıxardıb dedi:”Bu dəqiqə səni bölməyə aparacağam”. Mən də ona bildirdim ki, əsil polis belə şər atmaz, o, polis adından yalandan istifadə edir.

Ardından oğlan mənə əl-qol atdı. Mən də ona qarşılıq verdim. Bizi parkdakı bir qadın və bir kişi ayırdı. Qadın dedi ki, oğlan narkomandır, məndən əvvəl qonşunun itinə də təpik vurubmuş. Oğlan isə küçə söyüşləri söyməyə davam edirdi.

Mirəli Qaşqay küçəsində oğlanın arxasınca gəldim ki, görüm kimdir, axı məndən nə istəyir. Ona yaxınlaşdım, dedim: “Qadınlardan uzaqlaş, gəl, normal söhbət edək. Mənim telefonumu qırdın, söyüş söydün. Gəl aydınlaşdıraq”. Bu vaxt anası dediyi qadın söyüş söyüb telefonla bizi çəkməyə başladı. Mən isə hacı adamam, söyüşlə qarşılıq vermədim.
Dedim, ayıbdır, telefonu yığışdırın, normal söhbət edək. Bu an qadının telefonu əlindən yerə düşdü. Bundan sonra həmin oğlan mənə yumruq atdı, mən də onun cavabını veridm. Daha sonra əl atıb boğazımdakı 120 dollarlıq gümüş sepimi qopardı. Bizi aralaşdıranda sepim onda qaldı. Bütün bunlar kameralara düşüb.

Sonra evə gəldim və paltarımı dəyişdim. Polisdən mənə zəng gəldi. Sən demə, bunlar məndən qabaq polisə gedib şikayət ediblər ki, guya, mən qadının telefonunu qırmışam və oğlunu döyümüşəm. Hər ikimiz ekspertizaya getdik. Polis mənə dedi: ”Bunlar küçə adamıdır, arvadın telefonunu düzəltdir, qoy məsələ bağlansın”. İzahatımı yazıb evə gəldim. Axşam saat 11-in yarısı məni polis yenidən çağırdı. Dedi ki, bölməyə gedim, qadınlar da oradadır, bizi barışdırmaq istəyir.

Oğlan isə gəlməmişdi. Bölmədə qadın deyirdi ki, telefonu 14 Pro Max-dır. Sonra baxdım ki, telefon başqa markadır. Məni şərləyib pul almaq istəyirdi.

Ona bildirdim ki, mən onun telefonunu təmir edirəm, oğlu da gəlib üzr istəsin. O da gəlib üzr istədi. Polisə bundan sonra dedim ki, iş bağlandı? Dedi, yox. Dedim, bəs məni gecə bura nəyə gətirmisən?

Səhər də yuxudan duranda gördüm ki, saytlar bu hadisədən yazır”.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:   AşıqNamiq  





Xəbər lenti