Yol qəzası: 2 ölü, 14 yaralı

Yol qəzası: 2 ölü, 14 yaralı
  16 İyun 2014    Oxunub:813
İyunun 15-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 35 cinayət faktından 16-nın üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında qeydə alınmış 7 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.

Cinayət törətdiyinə görə 13 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti