“Bu, savadsızlıqdır” - Deputat təhsildən şikayətləndi
Deputat qeyd edib ki, şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq: “Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Həl il büdcəsi artan təhsil beləmi olmalıdır? Əlavə olaraq, bağça və məktəbəqədər təhsilə rayonlarda pul ayrılmır. Niyə vəsaitin haralara xərcləndiyi açıqlanmır? Bəlkə elə vəsait ancaq Bakı şəhərində olan müəssisələr üçün xərclənir?! Edilən struktur dəyişiklikləri elm üçün ayrılan vəsaitin səmərəli xərclənməsinə kömək edəcək?”
Sədr Sahibə Qafarova isə deputatın fikirlərinə irad bildirib: “Yaxşı ki, söz demək üçün reqlament 15 dəqiqə verməmişik. Siz elə danışdınız ki, elə bil ölkədə təhsil yoxdur. Axı belə deyil. Heç olmasa, tikilən yeni binalardan deyin, islahatlardan danışın. Özünüz təhsildən gəlmiş adamsınız. Bilirsiniz ki, təhsil sahəsində islahatlar 1 ilə, 2 ilə nəticə verə bilməz”.
AzVision.az
Teqlər: