Göyçaylı usta Baş prokurorla tələbəlik illərindən danışdı - VİDEO
Əbülfət Həmidov bildirib ki, Rusiyada Mədəni-Maarif Texnikumu oxuyub: "Mən onu bitirib Azərbaycanda mədəniyyət naziri olmayacaqdım ki... Yaxşı işləyirdim deyə oxumurdum. O vaxtlar bəlkə də həmin dövrün mədəniyyət nazirindən yaxşı yaşayırdım. İndi də hər gün işə həvəslə gəlirəm. İşi bacardıqdan sonra onun yaxşısı-pisi yoxdur. Müqayisə edəndə Rusiyada işim rahat idi, amma indi el-obamdayam. Burdan çörək pulum çıxır".
Usta Rusiyanın İrkutsk vilayətində ölkənin hazırkı Baş prokuroru Kamran Əliyevlə şəxsi tanışlığından, onun tələbəlik illərindən də danışıb: "Qardaşım Həmidov Cavid cənab prokurorumuzla çox gözəl münasibətdə olub. Mən Kamran Əliyevi şəxsən tanıyıram ki, bu adam oxuyub vəzifəyə gəlib. Daha əmi-dayı, nazir hesabına yox, özü təkbaşına əziyyət çəkib. Yazıq avtobusla, tramvayla hərəkət edib zülm çəkərək oxuyub, indi də kortecdə gəzməyə layiqdir. Savadlı adam belə olmalıdır".
AzVision.az