"Azərbaycan dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdəndir" - Əli Əhmədov

 "Azərbaycan dünyada minalardan ən çox əziyyət çəkən ölkələrdəndir" -    Əli Əhmədov
  15 Noyabr 2023    Oxunub:1391
"Azərbaycan höküməti Dayanıqlı İnkişaf Məqsədləri kimi dünyanın qlobal layihəsinin həyata keçirilməsini əsas məqsədlərindən biri hesab edir və burada qeyd edilən vəzifələr müəyyən dərəcədə prioritet kimi qəbul edilib".
AzVision.az xəbər verir ki, bunu baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Dayanıqlı İnkişafa dair II Bakı Forumunda çıxışı zamanı deyib. Onun sözlərinə görə Azərbaycanın milli inkişaf proqramının həyata keçirilməsi ilə DİM-in həyata keçirilməsini təmin etmiş olur.

"Dayanıqlı İnkişa Məqsədlərinin həyata keçirilməsində maliyyə resursları əsasən büdcədir. Məqsədlərdə özündə əksini tapan hər kəsin sağlam həyatın, inklüziv təhsilin, gender bərabərliyinin və digər vəzifələrin təmin edilməsi Azərbaycan hökümətinin prioritetləri olaraq qəbul edilib. Lakin DİM-in əsas başlıca ideyasını təşkil edən "heç kəsin kənarda qalmaması prinsipi" ölkəmizdə həyata keçirilməsində müəyyən problemlər var.

Bu, 30 illik işğal zamanı əhalinin məcburi köçkün düşməsidir. 3 il əvvəl torpaqlarımızın işğaldan azad edilməsi ilə məcburi köçkün əhalinin hüquqi statusunda dəyişiklik əmələ gəldi. Lakin onların qayıtması üşün azad edilmiş ərazilərin tamamilə dağıldığı gördüm.

Əhalinin yaşaması üçün orada imkan qalmayıb, işğal zamanı ora dağılıb. Beləliklə, bu prinsipin həyata keçirilməsi üçün keçmiş məcburi köçkünlərin problemlərinin həll edilməsi hökümətin siyasətində prioritet olaraq qeyd edib. Azad edilmiş ərazilərdə yaşayış yerlərinin yenidən qurulması üçün böyük vəsait və zaman lazımdır.

Digər mühüm məsələ hər kəsin yaşamaq hüquqi prinsipidir. Bu gün insanlar müharibələrin qurbanına çevrilməklə yanaşı, müharibədən sonra minaların qurbanı da olurlar.

Torpaqlarımızın işğaldan azad edilməsindən 3 il keçməsinə baxmayaraq, 300-dən çox insan mina qurbanı olub. Bu təkcə Azərbaycanın problemi deyil, dünyanın bir çox ölkələrində bu aktual problemdir. Bu gün Azərbaycan ən çox minalaşdırılmış ərazilərdən biridir".

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti