Prokurorluğa qəbulla bağlı yazılı imtahan keçirilir

Prokurorluğa qəbulla bağlı yazılı imtahan keçirilir
  15 Noyabr 2023    Oxunub:1139
Prokurorluq orqanlarına qulluğa qəbul olunmaq arzusunda olan şəxslər üçün vakant ştat vahidləri üzrə elan edilmiş növbəti müsabiqənin ikinci – yazılı imtahan mərhələsi keçirilir.
Bu barədə AzVision.az -a Baş Prokurorluqdan bildirilib. Baş Prokurorluğun Müsabiqə Komissiyası tərəfindən imtahanın tam aşkarlıq şəraitində, şəffaf və obyektiv prosedurlar əsasında keçirilməsi üçün bütün zəruri tədbirlərin görülməsi təmin edilib.

İmtahanı müvafiq qurumların, o cümlədən qeyri-hökumət təşkilatlarının nümayəndələri müşahidə edirlər.

AzVision.az


Teqlər:





Xəbər lenti