Bakı-Ağstafa-Bakı qatarına əlavə reyslər təyin edilib
Səfərlər oturacaq tipli vaqonlardan ibarət sürət qatarı ilə həyata keçiriləcək. Qatar eyni zamanda Ucar stansiyasında da dayanacaq edəcək.
Səyahətin komfortlu keçməsi məqsədilə qatarda biznes sinif üçün keytrinq xidməti və əlavə olaraq bütün vaqonlarda səyyar satış həyata keçiriləcək.
Biletləri dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından (www.ady.az) və ya “ADY Mobile” tətbiqi vasitəsilə onlayn əldə etmək mümkündür.
AzVision.az
Teqlər: