Yumurtadan narkotik çıxdı - FOTO

Yumurtadan narkotik çıxdı - FOTO
  17 İyun 2014    Oxunub:1186
11 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.
AzVision.az xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 11 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Cinayət Məcəlləsinin 126.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Famil Salman oğlu Qəhrəmanovun yanına qısamüddətli görüşə gəlmiş bacısının həyat yoldaşı Yusif Sabir oğlu Tomarovun gətirdiyi sovqata baxış keçirilən zaman, 4 ədəd çiy toyuq yumurtasının içərisində xüsusi üsulla gizlədilmiş xalis çəkisi 29,79 qram olan narkotik vasitə “Heroin” və xalis çəkisi 67,771 qram olan narkotik vasitə “Tiryək” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.


Teqlər:





Xəbər lenti