Polis Voronejdə azərbaycanlıların olduğu restorana basqın etdi - Foto

   Polis Voronejdə azərbaycanlıların olduğu restorana basqın etdi -    Foto
  15 Noyabr 2023    Oxunub:2586
Rusiyanın Voronej şəhərində Xüsusi Çevik Alayı bir qrup azərbaycanlının ad gününü qeyd etdiyi “Fort” adlı restorana qəfil basqın edib.
Məclisdə iştirak edən 50 nəfərə yaxın şəxsin sənədləri yoxlanılıb və onlara hərbi xidmətə çağırış vərəqəsi verilib.

Bu barədə “Bloknot Voronej” məlumat yayıb. Rusiya Qvardiyası və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsa da, nəşr basqınla bağlı rəsmi şərh ala bilməyib.

Ancaq mənbələrlə söhbət etdikdən sonra nəşrə aydın olub ki, təhlükəsizlik qüvvələri bir müddət əvvəl Rusiya vətəndaşlığını almış, lakin hərbi qeydiyyatdan keçməmək qərarına gələnləri cəlb edib.



Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti