Sahibə Qafarova Qırğız Respublikasına işgüzar səfər edib - FOTO
Nümayəndə heyətinə Milli Məclisin MDB PA-dakı nümayəndə heyətinin üzvləri Mixail Zabelin, Rasim Musabəyov, Nizami Səfərov, Emin Hacıyev və digər rəsmi şəxslər daxildirlər.
Bişkekin “Manas-2” Beynəlxalq hava limanında nümayəndə heyətini Qırğız Respublikası Joqorku Keneşinin sədr müavini Nurbek Sadıqaliyev, xarici işlər nazirinin müavini Avazbek Ataxanov, MDB PA Şurasının Baş katibi Dmitri Kobitski, Azərbaycanın Qırğızıstandakı səfiri Lətif Qəndilov, Milli Məclisin MDB PA-dakı daimi nümayəndəsi Aydın Cəfərov və digər rəsmi şəxslər qarşılayıblar.
AzVision.az
Teqlər: