Ağsu dolaylarında qəza olub, 2 nəfər xəsarət alıb

Ağsu dolaylarında qəza olub, 2 nəfər xəsarət alıb
  15 Noyabr 2023    Oxunub:1416
Ağsuda avtomobil qəzası baş verib.
AzVision.az xəbər verir ki, hadisə Ağsu dolaylarında qeydə alınıb.

İdarəetmənin itməsi nəticəsində maşın işıq dirəyinə çırpılıb, sürücü və sərnişini xəsarət alıb.

Xəsarət alan Ağsu sakini, 1982-ci il təvəllüdlü Cəfərov Saleh Rövşən oğlu və Füzuli rayon sakini, 1997-ci il təvəllüdlü Əlizadə Amil Cəfər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu rayon mərkəzi xəstəxanasına çatdırıblar.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az



Teqlər:





Xəbər lenti