Azərbaycanda evlənmək məqsədilə 10 qız qaçırılıb

   Azərbaycanda evlənmək məqsədilə    10 qız qaçırılıb
  16 Noyabr 2023    Oxunub:1076
Bu ilin birinci yarısında Azərbaycanda 10 qızı evlənmək məqsədilə qaçırıblar.
Bu barədə AzVision.az -ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verlib. Bildirilib ki, cari ilin birinci yarısında ümumi cinayətlərdən 15-i adam oğurluğu ilə bağlı olub. Statistik məlumata görə, evlənmək məqsədilə qadın oğurluğu cinayətini törətmiş şəxslərin sayı 2 nəfər olub.

Ötən ilin müvafiq dövründə isə isə Azərbaycan da 14 qız evlənmək məqsədilə qaçırılıb.

Eyni zamanda 2023-cü ilin birinci yarısında insan alveri ilə bağlı 120 cinayət hadisəsi qeydə alınıb. Bu rəqəm ötən ilin müvafiq dövründə də belə olub.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti