Bu il ölkəmizə nə qədər əcnəbi daxil olub?

   Bu il ölkəmizə nə qədər əcnəbi daxil olub?
  16 Noyabr 2023    Oxunub:1378
Bu ilin 9 ayı ərzində ölkəmizə 1 milyon 536 min 378 əcnəbi daxil olub.
AzVision.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, həmin müddət ərzində 1 milyon 533 min 047 əcnəbi isə ölkəni tərk edib.

"Bu ilin 9 ayı ərzində 1517 əcnəbinin ölkədə qalma müddəti uzadılıb, 65 756 əcnəbinin ölkədə müddətli yaşama icazəsi il sonuna qədər etibarlıdır, 11937 əcnəbinin il sonuna qədər etibarlı olan daimi yaşama icazəsi var, 9190 nəfər iş icazəsi alıb".

Şahanə Rəhimli


AzVision.az


Teqlər:





Xəbər lenti