Bakıda İƏT nazirlərinin müzakirə edəcəkləri məsələlər məlum olub
"İƏT Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı daim ədalətli mövqeyə malik olub, 30 ilə yaxın ölkəmizin ərazilərini işğal altında saxlamış Ermənistanın hərbi təcavüzünü pisləyərək və Azərbaycanın haqlı mövqeyini dəstəkləyərək bununla əlaqədar bir çox qətnamələr qəbul edib. Tarixi Zəfərimizlə başa çatan 44 günlük Vətən müharibəsi dövründə də İƏT Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəkləyib".
Nazir müavini bildirib ki, Azərbaycan İslam həmrəyliyinin güclənməsində mühüm rola malikdir: "Ölkəmiz İƏT-in qurumları (İSESCO, İslam İnkişaf Bankı, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu və s.) ilə sıx əməkdaşlıq edir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın humanitar sahədə genişmiqyaslı fəaliyyətinə görə 2006-cı ilin noyabrında İSESCO-nun xoşməramlı səfiri adına layiq görülüb, 2008-ci ildə ona İƏT-in Baş katibi tərəfindən Təşkilatın humanitar məsələlər üzrə xüsusi elçisi statusuna dair diplom təqdim edilib. 2009-cu ildə Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edildiyi, 2017-ci ilin ölkəmizdə “İslam Həmrəyliyi İli” elan olunub və bununla əlaqədar həmin il ölkəmizdə bir çox tədbirlərin, habelə IV İslam Həmrəyliyi Oyunlarının keçirilib.
Tədbirdə Şuşa şəhərinin 2024-cü il üçün İslam dünyasının paytaxtı elan edildiyi və habelə Şuşanın İƏT-in 2024-cü il üzrə Gənclər Paytaxtı da seçildiyi qeyd olunub. 2013-cü ildə Bakıda İƏT-in əmək nazirlərinin 2-ci Konfransı keçirilib. Konfransda iştirak edən nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Prezident İlham Əliyev Mərkəzi Qərargahı Bakıda olmaqla İƏT-in Əmək Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və bu təşəbbüs İƏT-ə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənib".
Qeyd edək ki, İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin bu il noyabrın 21-23-də Bakıda keçiriləcək V Konfransının Təşkilata üzv ölkələrin sosial sahənin, o cümlədən əmək bazarının inkişaf etdirilməsi, məşğulluq, işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, insan kapitalının inkişafı, əmək miqrasiyası kimi məsələlərin həlli üzrə əməkdaşlıq əlaqələrinin genişlənməsinə, bu sahələrdə faydalı məlumat və təcrübə mübadilələrinə imkan yaradacağı vurğulanıb.
Aytən Zəhra
AzVision.az
Teqlər: