Bu gün ölən əsgərin FOTOLARI

   Bu gün ölən əsgərin    FOTOLARI
  16 Noyabr 2023    Oxunub:2069
Dövlət Sərhəd Xidmətinin (DSX) müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Salmanlı Mirhüseyn Həsən oğlu 16 noyabr 2023-cü il tarixdə xəstəlikdən vəfat edib.
AzVision.az xəbər verir ki, hərbçin qızdırma səbəbilə Masallı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müalicədə olarkən həkimlərin göstərdiyi bütün səylərə baxmayaraq vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Salmanlı Mirhüseyn ötən ayın 2-də hərbi xidmətə yollanıb, noyabrın 18-də andiçmə mərasimi olmalı idi. O, bu gün Cəlilabad rayonunda dəfn olunacaq.

Onun ailədə özündən başqa bir bacısı var.






AzVision.az


Teqlər:





Xəbər lenti