İran və Azərbaycan arasında tranzit daşımılarında 15% artım olub

   İran və Azərbaycan arasında tranzit daşımılarında 15% artım olub
  16 Noyabr 2023    Oxunub:1188
İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi son aylarda ikiərəfli yükdaşımalarda tranzitin 15% artdığını açıqlayıb.
AzVision.az “İRNA” agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, Seyid Abbas Musəvi Ərdəbildə İran-Azərbaycan müştərək palatasının rəhbəri ilə görüşündə Tehran və Bakı münasibətlərinin yeni fəslindən məmnunluğunu ifadə edib.

“Keçmişdə bəzi arzuolunmaz gərginliklərə baxmayaraq, iki ölkə arasında əlaqələr son aylarda inkişaf edir. Belə ki, bu müddət ərzində biz iki ölkə arasında ticarət və tranzit həcmində artım müşahidə etdik. Tezliklə iki ölkənin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə bir neçə birgə nəqliyyat və enerji layihələri istifadəyə veriləcək” , - Musəvi deyib.
AzVision.az


Teqlər: Azərbaycan   İran  





Xəbər lenti