Deputat: "Veteranların təminatı ilə bağlı problemlər var"

   Deputat:    "Veteranların təminatı ilə bağlı problemlər var"
  16 Noyabr 2023    Oxunub:1050
"Əlillik təyinatı almayan, ancaq qazi olan vətəndaşlarımızın dərman və digər təminatlarında müəyyən problemlər qeydə alınır. YAŞAT Fondu bu istiqamətdə yardımlar etsə də, məsələ ümumilikdə həllini tapsa, yaxşı olar".
Bu fikirləri Milli Məclisin deputatı Arzu Nağıyev parlamentin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında deyib.

O həmçinin VÖEN-i olmasına baxmayaraq heç bir yerdə işləməyən şəxslərin sayının da kifayət qədər çox olduğunu bildirib: "Həmin şəxslərin ümumi sayı ilə bağlı yekun rəqəmlər səsləndirilməlidir. Eyni zamanda internat evlərindən çıxan qızların sonrakı həyatında işlə təminatında ciddi addımlar atılmalıdır. Oğlanlar bir çox işdə çalışa bilsələr də, ancaq qızlarda çətin olur. Ona görə də məsələyə ciddi yanaşılmalıdır”.
AzVision.az



Teqlər: Deputat  





Xəbər lenti