Mingəçevirdə beş uşağa kəskin virus hepatiti diaqnozu qoyulub - YENİLƏNİB

 Mingəçevirdə beş uşağa kəskin virus hepatiti diaqnozu qoyulub -  YENİLƏNİB
  16 Noyabr 2023    Oxunub:2046
Son bir həftə ərzində beş nəfər (dördü oğlan, biri qız olmaqla) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq şöbəsinə müraciət edib. Onlara dəqiqləşdirilməmiş kəskin virus hepatiti diaqnozu qoyulub və zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə AzVision.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, müraciət edən şəxslərdən birinin vəziyyəti ağır, dördünün vəziyyəti orta ağır qiymətləndirilib.

Onların hər biri Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub.

***
Mingəçevirdə uşaqlar arasında virusa yoluxma aşkarlanıb.

AzVision.az APA-ya istinadən xəbər ki, son bir həftə ərzində şəhərin müxtəlif ünvanlarında təsdiqlənmiş “Hepatit A” diaqnozu ilə Mərkəzi Şəhər Xəstəxanasından 6 nəfər barəsində Gigiyena və Epidemiologiya Mərkəzinə təcili bildiriş vərəqəsi daxil olub. Hər bir ünvanda həkim-epidemioloq tərəfindən dərhal araşdırma aparılıb. Nəticədə 3 xəstənin şəhərin Bahar küçəsində bir-biri ilə təmasda olduğu, ikisinin isə qohumluq əlaqəsi aşkarlanıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzə daxil olan bildirişə əsasən araşdırma aparılıb. Kür çayından götürülən su nümunələrində Hepatit A virusu aşkar edilməyib.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti