Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?
  17 İyun 2014    Oxunub:1310
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 18-21 dərəcə, gündüz 30-35 dərəcə isti, Bakıda gecə 19-21 dərəcə, gündüz 32-34 dərəcə isti olacaq.

Dəniz suyunun temperaturu Abşeron çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 21-22 dərəcə, Zuğulba, Mərdəkan, Şüvəlan, Buzovnada 22-23 dərəcə, Türkan, Hövsan, Şıx və Sahildə 23-24 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı proqnozlaşdırılır.

Azərbaycanın rayonlarında iyunun 17-də havanın temperaturu gecə 16-21 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

Aran rayonlarında havanın temperaturunun gecə 17-22 dərəcə, gündüz 30-35 dərəcə, bəzi yerlərdə 37 dərəcə isti olacağı gözlənilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti