Azərbaycanda zəlzələ olub

   Azərbaycanda zəlzələ olub
  17 Noyabr 2023    Oxunub:1266
İsmayıllı rayonunda 3,4 maqnitudalı zəlzələ olub.
Bu barədə “ AzVision.az -a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

“Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, bu gün yerli vaxtla 04:56-da İsmayıllı stansiyasından 3 km şimalda İsmayıllı rayonunda maqnitudası 3,4, dərinliyi 7 km olan zəlzələ qeydə alınmışdır. Zəlzələ 3 bal gücündə hiss olunub”, – Mərkəzin mətbuat xidməti diqqətə çatdırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti