“Qızıl qələm” sındı

“Qızıl qələm” sındı
  17 Noyabr 2023    Oxunub:1285
“Qızıl qələm” mükafatının verilməsi dayandırılıb. AzVision.az xəbər verir ki, bununla bağlı Mətbuat Şurası məlumat yayıb.
Bildirilib ki, vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, dəyərli qələm adamlarına verilmiş, Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı adlanan qurumun təsis etdiyi "Qızıl qələm" mükafatı son illər jurnalistikadan uzaq insanlara təqdim olunmaqla öz etibarını itirmiş, cəmiyyətdə haqlı narazılığa səbəb olub.

Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin sədri Çingiz Qurbanoğlu da Azərbaycan Mətbuat Şurasına müraciət ünvanlayıb, MŞ-nin tövsiyələrini nəzərə alaraq, KİVİHİ Rəyasət Heyətinin qərarı ilə bu mükafatların təqdimatını dayandırdığımızı bildirib

AzVision.az


Teqlər:





Xəbər lenti