Avstriya prezidentini it dişlədi, görüşə əli sarıqlı getdi

   Avstriya prezidentini it dişlədi,    görüşə əli sarıqlı getdi
  17 Noyabr 2023    Oxunub:990
Avstriya prezidenti Van der Belleni moldovalı həmkarı Maya Sandunun iti dişləyib. Bu barədə M. Sandu özü məlumat verib. O bildirib ki, it ətrafdakı insanları çoxluğundn hürkərək avstriyalı həmkarına cumub.
Hadisə liderlər Moldova prezident administrasiyasının binasının həyətində gəzən zaman baş verib. Van der Bellen iti sığallamaq üçün ona yaxınlaşıb. Bu zaman it onun əlini dişləyib.

Avstriya lideri hadisədən sonra respublika parlamentinin sədri İqor Qrosu ilə görüşdə əli sarıqlı görüntülənib.

Avstriya nəşri "Exxspress"in yazdığına görə Moldova lideri hadisədən dərhal sonra Van der Bellendən üzr istəyib.

Avstriya prezidentinin özü də "Juli" adlı qarışıq cins itin sahibidir. Van der Bellen mütəmadi olaraq Vyanadakı iqamətgahının yaxınlığında itini gəzdirir və vaxtaşırı tədbirlərdə də ev heyvanı ilə görünür.

Qeyd edək ki, Co Baydenin "Komandir" ləqəbli iti də tez-tez insanlara hücum edir. İyun ayında New York Post qəzeti yazırdı ki, it ABŞ Gizli Xidmətinin yeddi agentini dişləyib. Onlardan biri hətta xəstəxanaya yerləşdirilmişdi. Ağ Evin mətbuat katibi Karin Jan-Pier itin aqressivliyini Amerika liderlərinin iqamətgahındakı stresli mühitlə izah edib və onun dişləmələrinin işlə bağlı xəsarətlər olduğunu bildirib.


Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti