Laçında müəllim işləmək istəyənlərin nəzərinə: Qeydiyyat başlayır

   Laçında müəllim işləmək istəyənlərin nəzərinə:    Qeydiyyat başlayır
  17 Noyabr 2023    Oxunub:1422
Yaxın günlərdə Laçın rayonunun Zabux kəndində Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbi fəaliyyətə başlayacaq.
AzVision.az xəbər verir ki, bu barədə Şərqi Zəngəzur Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd edilib ki, Laçın rayon Ə.Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim vəzifəsində çalışmaq istəyənlər üçün məktəbdə Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, informatika, coğrafiya, ingilis dili, fiziki tərbiyə fənləri üzrə qeydiyyat prosesi başlayıb.

Son qeydiyyat tarixi noybarın 23-dür.

Qeydiyyatdan keçmək istəyən namizədlər aşağıda qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər:

ttps://forms.gle/mzshVrBMtppXTWFi7

AzVision.az


Teqlər:





Xəbər lenti