Mingəçevirdə hepatitə görə təhsil müəssisələri dezinfeksiya olunub

   Mingəçevirdə hepatitə görə təhsil müəssisələri dezinfeksiya olunub
  17 Noyabr 2023    Oxunub:893
Mingəçevir şəhərində uşaqlar arasında tək-tək hallarda Hepatit A xəstəliyi qeydə alınıb. Bununla əlaqədar, şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən epidemioloji araşdırma aparılıb, xəstələrin hospitalizasiyası təmin edilib. Ocaqlarda dezinfeksiya tədbirləri həyata keçirilib.
Bu barədə AzVision.az -a Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, infeksiya baş verən ərazidə su təchizatı və kanalizasiya sistemlərinin vəziyyəti yoxlanılıb, laborator müayinə üçün su nümunələri götürülüb.

Qeyd edək ki, Mingəçevirdə hepatitə yoluxan şagirdlər Kliniki Tibbi Mərkəzin nəzdindəki Ə.F.Qarayev adına 2 nömrəli Kliniki Uşaq Xəstəxanasına təxliyə olunub və müalicələri davam etdirilir. Müraciət edən azyaşlı xəstələrin 1-nin vəziyyəti ağır, 5-nin isə stabil olaraq qiymətləndirilir".

Xatırladaq ki, Hepatit A virusuna yoluxma fekal-oral, çirklənmiş su və qida ilə, bəzən isə, məişət-təmas yolu ilə baş verir. Xəstəlikdən qorunmaq üçün əsasən şəxsi gigiyena qaydalarına riayət və keyfiyyətli içməli sudan istifadə edilməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti