Zaqatalada 83 nəfər qızılcaya yoluxub

   Zaqatalada 83 nəfər qızılcaya yoluxub
  17 Noyabr 2023    Oxunub:1453
Zaqatalada sakinlər arasında qızılca xəstəliyi yayılıb.
TƏBİB-dən AzVision.az -ın sorğusuna cavab olaraq bildirilib ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasına 2023-cü ilin oktyabrın 11-dən noyabrın 17-dək qızılca simptomları ilə 64 müraciət daxil olub.

Onlardan 46-sı müayinə olunaraq ambulator müalicə üçün evə buraxılıb. Ambulator xəstələrdən 8 uşaqdır, vəziyyətləri stabildir.

Bu müddət ərzində xəstəxanaya müraciət edən 19 nəfər (5-i uşaq olmaqla) stasionar müalicə alıb. Onlardan 10 xəstə artıq evə buraxılıb. 9 xəstənin isə stasionar müalicəsi davam etdirilir.

AzVision.az


Teqlər:





Xəbər lenti