İtkin düşən Fatimə tapıldı: Evə geri dönmək istəmir

      İtkin düşən Fatimə tapıldı:    Evə geri dönmək istəmir
  17 Noyabr 2023    Oxunub:1381
Xəbər verdiyimiz kimi, Ucar rayon Küçəkənd kənd sakini, 1996-cı il təvəllüdlü Fatimə Quliyeva noyabrın 11-də Naftalanda yaşayan valideynlərinin evindən çıxaraq bir daha geri qayıtmayıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov AzVision.az -a bildirib ki, Naftalan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri axtarış tədbirləri nəticəsində Fatimə Quliyevanın Bakı şəhərində olduğu müəyyən edilib.

F. Quliyeva izahatında ailəsini könüllü tərk etdiyini və geri dönmək istəmədiyini deyib.

AzVision.az


Teqlər:





Xəbər lenti