Sumqayıtda ağır qəza: 5 yaralı

Sumqayıtda ağır qəza: 5 yaralı
  17 İyun 2014    Oxunub:758
Sumqayıtda ağır yol qəza hadisəsi baş verib.
AzVision.az Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, iyunun 16-da saat 01 radələrində Sumqayıt şəhərinin ərazisində şəhər sakinləri Misir Mehdiyevin idarə etdiyi “Toyota” və Elşən Mustafayevin idarə etdiyi “KİA” markalı avtomobillər toqquşub. M.Mehdiyevin sərnişinləri, Sumqayıt şəhər sakinləri Gülşən Mehdiyeva, Minarə Muradova, Şəlalə Məhərrəmova, Vüsalə Mikayılova və onun oğlu Anar xəstəxanaya yerləşdiriliblər.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti