Hikmət Hacıyev: "Sülh Brüsseldə, Parisdə, Vaşinqtonda deyil"

      Hikmət Hacıyev:    "Sülh Brüsseldə, Parisdə, Vaşinqtonda deyil"
  18 Noyabr 2023    Oxunub:1277
Sülh və regional təhlükəsizlik Brüsseldə, Parisdə, Vaşinqtonda və ya hansısa başqa yerdə deyil, regiondadır.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.

“Biz ədalətə, bir-birinin ərazi bütövlü və suverenliyini tanımağa, bütün ərazi iddialarına son verməyə əsaslanan yeni regional təhlükəsizlik arxitekturası inşa etmək istəyirik”, - Hikmət Hacıyev deyib.

Prezidentin köməkçisi vurğulayıb ki, Avropa parlamentinin bəzi üzvləri Azərbaycana qarşı Azərbaycanafobiya və ya islamafobiyaya malikdir.

AzVision.az


Teqlər:





Xəbər lenti