Azərbaycan Ermənistana sülh müqaviləsinin beşinci variantını təqdim edib

 Azərbaycan Ermənistana sülh müqaviləsinin beşinci variantını təqdim edib
  18 Noyabr 2023    Oxunub:1515
"Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var".
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, Ermənistanın qanunsuz rejimi hazırda tərk-silah edilib və Azərbaycan ərazisindən çıxarılıb:

Prezidentin köməkçisi: "Avropa qurumları heç vaxt Azərbaycana qarşı ədalətli olmayıblar"
“Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında sülh razılaşması bağlamaq üçün heç bir əngəl yoxdur. Biz hesab edirik ki, bu, iki ölkə arasında ədavət və düşmənçilik fəslini dəyişdirmək və Azərbaycanın Ermənistan tərəfinə təklif etdiyi beş fundamental prinsip əsasında davamlı sülh yaratmaq üçün tarixi fürsətdir. Azərbaycan Avrasiya xəritəsində ən uzanmış münaqişələrdən birinin həlli üçün model yaradıb”.

O xatırladıb ki, ATƏT Qarabağ məsələsini həll edə bilməyib: “ Minsk qrupu uğursuzluğa düçar olub. Minsk qrupunun həmsədrliyi qurumu uğursuz olub, çünki bu qurumun missiyası Ermənistanın Azərbaycana qarşı işğal siyasətini qorumaq və davam etdirmək olub ”.

H. Hacıyevin fikrincə, işğal və ədalətsizlik dönəmi artıq geridə qalıb: “Ona görə də Azərbaycanın gündəliyində Bakı ilə İrəvan arasında sülh və ikitərəfli münasibətlərin normallaşması məsələsi var. Ancaq istənilən sülh öhdəliyi hər iki tərəfin öz üzərinə düşən vəzifəni yerinə yetirməsini tələb edir və Ermənistan da öz rolunu oynamalı, pozitivlik və xoşməramlılıq nümayiş etdirməlidir. Biz artıq Ermənistan tərəfinə sülh müqaviləsinin yenidən işlənmiş beşinci variantını təqdim etmişik, amma iki aydan çox vaxt keçib ki, onlar hələ də cavab vermirlər. Hazırda regionda yeni reallıqlar yaranıb. Bu yeni reallıqlar qanunilik və legitimlik üzərinə qurulub”.

AzVision.az


Teqlər:  





Xəbər lenti